Vəhhabi dəstəsinin məhkəməsi başladı

Bakı Ağır cinayətlər məhkəməsində cinayət törətmiş vəhhabilik təriqətinin üzvləri ilə bağlı hazırlıq iclası keçirilib. 
 
Maide.az-ın “Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, iclasda Cinayət Məcəllləsinin bir neçə madəsi ilə ittiham olunan Qusar rayon sakinləri Radif Ağamuradov, Cavad Məhərov, Murad İsayev, Elxan İsrafilov, Elmar Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov və Osman Mustafayevin anket məlumatları elan edilib. Məhkəmə baxışı oktyabrın 30-na təyin olunub.
 
Qeyd edək ki, Radif Ağamuradov Qusar şəhərində islam dininin “əhli sünnə və əl-cəmaə” adlandırılan vəhhabilik təriqətinə aid dini baxışları ilə əlaqədar yaxın münasibətdə olduğu “Ömər” ləqəbli Faiq Şahmuradov, “Abu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Cavad Məhərov, Şamil Manafov, Tərlan Salmanov, Şamil Qadaşov, Osman Mustafayev və qeyriləri ilə birləşdiyi mütəşəkkil dəstədə islam dininin bəzi müddəalarını qəsdən yanlış ifadə verərək valyuta-dəyişmə və digər biznes sahələrində əldə edilən gəlirlərin güya haram olduğunu iddia etməklə, belə fəaliyyətlə məşgul olan ayrı-ayrı şəxslərə basqın edib, külli miqdarda əmlakı ələ keçirmək qərarına gəliblər. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında RF-nın Dağıstan respublikasında istintaqa məlum olmayan mənbədən, qanunsuz silah əldə edib Yalama gömrük sərhədindən qatarla gizli keçirərək Qusar şəhərinə gətiriblər. Oktyabrın 19-dək Radif Ağamuradovun və Faiq Şahmuradovun yaşadığı evlərdə “AKSU” tipli avtomatı, “Makarov” və “Naqan” markalı tapancaları, 3 ədəd “Vzor” markalı tapancaları, 162 ədəd müxtılif çaplı patronları, “F-1” və “RQD-5” tipli 3 ədəd əl qumbaraları və 2 ədəd soyuq silahı saxlayıblar. Faiq Şahmuradovun tərtib etdiyi plana əsasən Edik Rüstəmov oktyabrın 16-ı səhər saat 7 radələrində Məlikov küçəsi, 69 saylı evin yaxınlığında, valyuta-dəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə hücum edib və dəmir parçası ilə baş nahiyyəsinə zərbələr vuraraq, üzərində olan 6000 manat məbləgində pulu ələ keçirib və gətirib Şahmuradova verib.
Həmin gün Rüstəmov Qusar RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək, saxlanılıb. Araşdırma aparılarkən Rüstəmov qarət edilmiş pulları meşədə gizlətdiyinin bildirib və polis əməkdaşlarını aldadıb, o imkan taparaq Faiq Şahmuradovla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, polis işçilərinə silahlı basqın edilib, onların öldürülməsini razılaşdırıb. Rayonun Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqdan Şahmuradov, Ağamuradov, Məhərov və Rəhimxanov tapancalardan çoxsaylı atəşlər açmaqla polis əməkdaşı Qalib Quliyevi qətlə yetiriblər, diğər üç polis əməkdaşını yaralayıblar. Atışma zamanı polis əməkdaşı Ceyhun Osmanovun öz xidməti silahından açdığı cavab atəşləri nəticəsində Edik Rüstəmov xəsarət alıb.
19-23 sentyabr tarixində DİN və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinə Faiq Şahmuradov və Ramiz Rəhimxanov meşə massivində silahlı müqavimət göstərərkən hər ikisi zərərsizləşdirilib, Edik Rüstəmov Qusar şəhəri, K.Kərimov küçəsinəki 21 saylı sahibsiz evin həyətində təslim olmaq tələbinə tabe olmayaraq, polislərə qumbara atıb, müqavimət göstərərkən öldürülüb, Cavad Məhərov tutulub.
 
İstintaqın gedişatında məlum olub ki, Cavad Məhərov, Şamil Manafov, Şamil Qadaşov və qeyriləri Faiq Şahmuradovun göstərişi ilə 2013-cü il avqustun 13-də maskalardan istifadə etməklə Qabil Həbibovun yaşadığı Qusar şəhəri, Q.Əliyev küçəsi, 43 saylı evin həyətinə qanunsuz daxil olmaqla axtarış aparıblar, “Hyunai” markalı avtomobilin salonundan 720 manat pul oğurlayıblar.
 
Bundan başğa, F.Şahmuradovun göstərişləri əsasında “Qayıbulaq” istirahət mərkəzinin direktoru Şövkət Abdurahmanovu onların dini təriqətinə mənsub şəxslərin baxışlarını bölüşmədiyinə görə cəzalandırmaq məqsədi ilə Məhərov və Qadaşovla birlikdə sentyabrın 4-ü saat 21 radələrində zərərçəkənin yaşadığı N.Həbibov küçəsindəki 26 saylı evi qarət ediblər, ümümilikdə 6100 manat məbləğində qızıl-zinyət əşyalarını talayaraq, onları ayın 8-də Dağıstanın Dərbənd şəhərində satıb, əldə edilən pulları bandanın üzvləri arasında bölüşdürüblər.
 
Murad İsayev bandanın üzvü Elxan İsrafilov və yetkinlik yaşına çatmayan, “Xəttab” dini ləqəbli Bağır Azayevlə (1998-ci il təv.) birlikdə dekabrın 26-da gecə saat 2 radələrində Qusar şəhərin N.Şərifov, 21 ünvanda yerləşən “Avtohissələr” mağazasının qapısını sındıraraq, içəri daxil olublar və piştaxtanın saxlanc yerindən Təsvir Camalova məxsus 3000 manat pulu oğurlayıblar. M.İsayev dekabrın 31-də tutularkən onun yaşadığı evdə 48 qram çəkidə marixuana aşkar edilib.
 
İstintaq vaxtı azyaşlı Bağır Azayevin dini vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öldükdə cənnətə gedəcəyi vədi ilə aldadıb mütəşəkkil dəstədə cinayətkar fəaliyyətə cəlb edilməsi məlum olub.

Google+ WhatsApp ok.ru