Vicdan məhbusu həbsxanada əməliyyat olundu: Vəziyyəti ağırdır

Vicdan məhbusu Sirac Kərimli dünən kəskin sancılanmadan sonra saxlandığı təcridxanadan Penetensiar Xidmətin Mərkəzi Xəstəxanasına köçürülüb.
 
Bu haqda "Basta"ya vicdan məhbusunun atası, Müsavatın Məclis üzvü Raqif Kərimli məlumat verib. Xəstəxanada məlum olub ki, məhbusun "appendisit"i (kor bağırsaq) partlayıb və əməliyyat yubanıb. Üç saat davam edən ağır əməliyyatdan sonra Sirac Kərimli reanimasiya şöbəsinə köçürülüb. Vicdan məhbusunun vəziyyətinin ağır olduğu bildirilir.
 
Xatırladaq ki, Sirac Kərimli onun qardaşı Fərəc Kərimli ilə səhv salındığı üçün həbs olunub. Müsavat başqanının müavini Fərəc Kərimlinin həbs olunması tapşırığını alan polis əməkdaşları səhvən Sirac Kərimlini həbs edərək, ona qarşı ittiham irəli sürüblər və məhkəmə bu səhvi gizlətmək üçün onun barəsində də hökm çıxarıb.musavat.com

Google+ WhatsApp ok.ru