Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha 2 qərar 15 Oktyabr 2015 01:00 Hüquq Oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan olan iki şikayət üzrə qərar qəbul edib. Vəkil Əsabəli Mustafayev bildirib ki, birinci qərar əmlak hüquqlarının pozulmasına aiddir. İkincisi vətəndaş Qafqaz Məmmədovun Bakıda keçirilən icazəsiz mitinqdə iştiraka görə 5 sutka həbsi barədədir. Avropa Şurasının qərarına görə, Q.Məmmədovun işində Avropa İnsan Haqları Məhkəməsinin azadlıq hüququ, ədalətli araşdırma, vəkillə təmin olunma və toplaşma azadlığı ilə bağlı 5, 6.1, 6.3 və 11-ci maddələri pozulub. Vəkil bildirib ki, Azərbaycan hakimiyyəti Q.Məmmədova 18050 avro məbləğində kompensasiya ödəməlidir./ Teqlər : #Avropa Məhkəməsindən Azərbaycanla bağlı daha 2 qərar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vicdan məhbusu həbsxanada əməliyyat olundu: Vəziyyəti ağırdır Yoxa çıxan satirik şairin anası: `Oğlumu oğurlayıblar`