Xədicə İsmayılın məhkəməsi yarımqapalı keçirilir

Bu gün Xədicə İsmayılın məhkəməsi öz işinə başlayıb. Meydan.TV xəbər verir ki, proses yarınqapalı keçirilir.
Meydan TV-nin əməkdaşı bildirir ki, könüllü çəkiliş edən jurnalist Orxan Rüstəmzadə çəkiliş etdiyi üçün polis tərədindən saxlanılaraq 22-ci polis bölməsinə aparılıb. 
 Proses başlayan zaman məhbus jurnalist bildirib ki, ittiham aktı 125-ci maddəylə başladığından əvvəl ona qarşı ifadə verən, sonra isə ifadəsini təzyiq altından verdiyindən imtina edən Tural Mustafayev prosesə gəlmədiyi üçün təxirə salınsın. Ancaq hakim heyəti onun vəsatətini qəbul etməyib. Məhkəmə prosesi başlayıb və Tural Mustafayevin məcburi gətirilməsi haqqında qərar çıxarıb.   
Prosesdə məhkəmə zalında siyasi-ictimai həyatda tanınmayan adamların olmaları diqqət çəkib.  
Məhbus jurnalistin yaxınlarını prosesə buraxmayıblar
Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın işi üzrə məhkəmə prosesi başlayıb.
Meydan TV-nin məhkəmə binası qarşısında olan əməkdaşı xəbər verir ki, prosesi işıqlandırmaq istəyən media nümayəndələrilə yanaşı, Xədicə İsmayılın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri də toplaşıb.
Ancaq məhkəməyə yalnız hakimiyyətə yaxın media orqanlarının əməkdaşını buraxandan sonra zalda yerin olmadığını bildiriblər: "Hətta məhbus jurnalistin yaxınlarını da iclasa buraxmayıblar". /
 
 
 
 

Google+ WhatsApp ok.ru