Xədicə İsmayılovaya dəstək aksiyası

Bu gün bir qrup jurnalist və fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında bu qurumda prosesi gedən Xədicə İsmayılovaya dəstək aksiyası keçiriblər.
 
Jurnalistlər məhkəmə binası qarşısında çox sayda rəngbərəng şarlar uçurublar və həbsdə olan jurnalistin portretlərini qaldırıblar. Onlar “Xədicəyə azadlıq!” şüarı səsləndiriblər.
 
Aksiya bir neçə dəqiqə davam edib. Məhkəmə binası ətrafında polis dəstələri olsa da, onlar aksiyaya müdaxilə etməyiblər.
 
Qeyd edək ki, bu gün prosesdə prokurorun çıxışı gözlənilir. 

Google+ WhatsApp ok.ru