`Xəbis və məlun Ali Səud şəcərəsinin Şərif Hərəmləri idarəetməyə ləyaqəti yoxdur`-YENİLƏNİB (FOTO)

`Xəbis və məlun Ali Səud şəcərəsinin Şərif Hərəmləri idarəetməyə ləyaqəti yoxdur`-YENİLƏNİB (FOTO)

(İlk xəbər bu gün saat 12:36 dərc olunub)
 
Xəbər verdiyimiz kimi, Mina faciəsində 500-ə yaxın iranlının şəhid olmasının birinci ildönümü ərəfəsində bir qrup şəhid ailəsi Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxışında bildirib ki, Mina faciəsi zamanı Ali Səud müsəlmanlardan quru üzr belə istəmədi.  “Bu faciə bir daha sübut etdi ki, bu xəbis və məlun şəcərənin Şərif Hərəmləri idarəetməyə ləyaqəti yoxdur. Əgər düz deyirlər, bu faciədə təqsirsizdirlərsə, icazə versinlər İslami - beynəlxalq fakt-araşdırıcı missiyası məsələnin mahiyyətini yaxından araşdırsın və aydınlaşdırsın”.
 
Ayətullah Xamenei bildirib ki, Mina faciəsi və iranlı hacıların susuz, günəş şüaları altında ibadət etdikləri yerdə həyatlarını itirməsi unudulmaz və qəmli bir hadisədir.  “Əlbətdə bu hadisə müxtəlif aspektlərdən həmçinin siyasi, ictimai, əxlaqi və mənəvi  baxımdan aydınlaşmalı və unudulmamalıdır. Ötən il  ailələrin əzizlərinin ölüm xəbərəni eşitməsi və onların cənazələrini qarşılaması çox çətin idi. Lakin bu müsibətin  qarşısında bu həqiqəti unutmamaq lazımdır ki, bu əzizlər şəhidlər kimi ilahi nemət və rəhmətdədirlər və bu  təskinlik yaradıcıdır”.
 
Ayətullah Xamenei Mina faciəsi zamanı 7 mindən çox zəvvarın şəhid olduğunu vurğulayıb və bildirib ki, nə üçün ölkələr və hökumətlər bu ağır və təsiredici hadisəyə heç bir reaksiya vermədilər? 
 
Ayətullah Xamenei İslam dünyasının ziyalılarının, düşüncə sahiblərinin, siyasi fəallarının, alimlərinin və hökumətlərinin 7 min  günahsız zəvvarın şəhid olması qarşısında sükut  etməsini “İslam ümmətinin böyük bəlası” adlandırıb. “Bu ürəkyandıran və ağır Mina hadisəsinə oxşar məsələlərə laqeyd olmaq,  İslam dünyasının həqiqi müsibətidir. Səudiyyə  hakimlərinin quru üzrxahlıq etməməsi onların ləyaqətsizliyinin  göstəricisidir. Əgər qəsdən törədilməyibsə, bu qədər məsuliyyətsizlik və səriştəsizlik bir hökumət üçün cinayət hesablanır. Bir rejim, əgər onun üçün gəlir mənbəyi olan Allah evinin qonaqlarına xidməti idarəetməkdən acizdirsə,  başqa vaxtlarda Mina faciəsinə oxşar faciələrin baş verməməsi üçün nə zəmanət var? 
İran xalqı Ali Səudun azğınlığı və cəhaləti qarşısında qorxmazcasına dayanıb.  Öz haqq olan və Qurana əsaslanan mövqeyini fəxrlə və açıq şəkildə bəyan edir. Digər xalqlar və ölkələrdə qorxmazcasına səudiyyəlilərin yaxasına yapışmalıdırlar. Səudiyyəlilərin səriştəsizliyi və Allah evində hacılara qarşı onlar tərəfindən yaradılmış  sabitsizlik göstərdi ki, həqiqətən bu hökumətin (Ali Səudun) Şərif Hərəmləri idarəetməyə ləyaqəti yoxdur. Bu həqiqət İslam dünyasında yayılmalı və öz yerini tapmalıdır".
 
Ayətullah Xamenei insan haqları iddiaçılarının Mina faciəsi zamanı sükut  etməsini, onların yalançı olmasının göstəricisi adlandırıb. “Bir hökumətin öhdəliyini yerinə yetirməməsi, 7 min məzlum və günahsız insanın ölümü qarşısında sükut etmək, dünyanın insan haqları iddiaçılarının yalançı mahiyyətlərini ortaya qoydu. Beynəlxalq qurumlar və təşkilatlara ümid bağlayan şəxslər bu acı həqiqətdən nəticə çıxartmalıdırlar. İslam ölkələri və insan haqları iddiaçıları fakt-araşdırıcı missiya yaratması zəruridir. Bu qəmli hadisədən bir il keçib, film, səs, yazı və digər sənədlərin araşdırması  hadisənin mahiyyətini qisməndə olsa da ortaya qoyacaq. Ali Səud əgər Mina hadisəsində günahsız olması iddiasında düzgündürsə, ağızları pulla bağlamasın, fakt-araşdırıcı missiyanın məsələni yaxından araşdırmasına maneə yaratmasın".
 
Ayətullah Xamenei bildirib ki, Səud rejimi Amerikanın dəstəyi ilə kobudcasına müsəlmanların qarşısında dayanır,  Yəməndə, Suriyada, İraqda, Bəhreyndə qan tökür. Deməli Amerika və Riyadın digər dəstəkləyiciləri  Səudiyyəlilərin cinayətlərində şərikdirlər. “Təbliğat vasitələri çalışır Mina cinayətlərini “şiə və sünni” və “ərəb və qeyri-ərəb” qarşıdurması kimi qələmə vermək istəyirlər. 7 min Mina şəhidinin əksəriyyətinin, o cümlədən iranlı şəhidlərin əksəriyyətinin sünnilər olduğu bir zamanda, səudiyyə hakimlərinin təbliğat carçıları bu yalanı təkrarlayırlar. “Ali Səud və onların yaratdığı terrorçu cəlladlar Yəməndə, Suriyada və İraqda ərəb xalqını qanına qəltan edir.  Deməli Qərblilərin çirkli təbliğatının əksi olaraq səudiyyəlilər ərəb xalqının dəstəkləyicisi deyillər. Mina hadisəsinin Ərəb və qeyri-ərəb medialarının uydurma qarşıdurmasına heç bir aidiyyatı yoxdur. Həqiqət budur ki, mənfur səudiyyəlilər İslam dünyasının içərisində olan bir qrupdurlar ki, bəziləri bilərəkdən və bəziləri bilməyərəkdən müsəlmanlarla düşmənçilik edirlər. İslam dünyası onların qarşısında durmaqla səudiyyəlilərin ərbabları, yəni Amerika və İngiltərəyə öz narazılıqlarını bildirsinlər.⁠⁠⁠⁠
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru