2030-cu ildə `Facebook` istifadəçilərinin sayı 5 milyarda çatacaq

"Facebook"un yaradıcısı Mark Zukerberq 2030-cu ildə sosial şəbəkə istifadəçilərinin sayının 5 milyard nəfərə qədər artacağını bildirib.
 
"Gazeta.ru" saytının məlumatına görə, bu barədə "USA Today" nəşri yazır.
 
"Biz hamının və hər kəsin birləşməsini yekunlaşdırmaq istəyirik. Biz bunu bütün dünyanın ölkələrinin hökumətləri və müxtəlif şirkətləri ilə etmək niyyətindəyik", - deyə Zukerberq sosial şəbəkənin 12 illiyi ilə bağlı keçirilən tədbirdə bildirib.
 
2011-ci ildən "Facebook" şəxsi auditoriyasını iki dəfə artırmağı bacarıb və bu gün bu rəqəm 1,5 milyard nəfər təşkil edir. Zukerberqin şirkəti birinci il deyil ki, müxtəlif ölkələrdən olan insanları bir arada cəmləşdirmək üçün layihələr üzərində işləyir. Bunun üçün "Facebook" müxtəlif ölkələrdə insanların internetə çıxışını inkişaf etdirir. Xüsusilə də "Facebook" "internet.org" və "Free Basics" qlobal xidməti layihəsini istifadəyə verib.
 
Bununla belə, bütün ölkələr Zukerberqin təşəbbüsünə birmənalı yanaşmırlar. Belə ki, "Free Basics" artıq Hindistan və Misirdə qadağa edilib.
 
Daha öncə bildirilib ki, M.Zukerberq planetin ən varlı insanları siyahısında dördüncü yeri tutub.

Google+ WhatsApp ok.ru