Ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib 07 Sentyabr 2023 10:56 Namaz məhbusu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib. Maide.Az xəbər verir ki, məhkəmə iclası qapalı olub. Şeyx Sərdar ifadə vermədiyindən məhkəmədə yalnız şahidlər dindirilir, ifadə verən şahidlər də Şeyx Sərdarın təqsirsiz və günahsız olduğunu bildirirlər. Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir. Xatırladaq ki, növbəti məhkəmə iclası Sentyabr ayının 21-i, saat 12:30-da keçiriləcək. @MaideTV Teqlər : #Ruhani,#Şeyx,#Sərdar,#Hacıhəsənlinin,#növbəti,#məhkəməsi,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 'İndiyədək ittiham tərəfinin şahidləri Şeyx Sərdarın əleyhinə heç bir ifadə verməyib' Şiə və şiəliyə qarşı sifarişli və qərəzli ədavət davam edir