Şeyx Sərdar Hacıhəsənli  17 il müddətinə azadlıqdan məhrum edilib -VIDEO

Şeyx Sərdar Hacıhəsənli  17 il müddətinə azadlıqdan məhrum edilib -VIDEO

Saxta "Dövlətə xəyanət" ittihamı ilə təqsirləndirilən Maide.az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Babayevin (Hacıhəsənlinin) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Maide.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, Şeyx Sərdar Hacıhəsənli  17 il müddətinə azadlıqdan məhrum edilib.
 
O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub.
 
Şeyx Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
 
Lakin Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirib. Özünü təqsirli bilməyib və ittihamları qətiyyən qəbul etməyib. Ifadə verməkdən də imtina edib.
 
@MaideTV

Google+ WhatsApp ok.ru