Sərdar Hacıhəsənli Qüds və Qarabağ eyni ssenari üzrə işğal altında saxlanılır 29 İyul 2016 15:58 Sərdar Hacıhəsənli “Qüds Günü ərəfsindəyik və növbəti Qüds Gününü qeyd etməkdəyik. Bir halda ki, ötən illərdə problemin müsbət məcrada həllində heç bir irəliləyişə nail olmamışıq. Əksinə il-ildən işğalçı sionist rejim işğal etdiyi ərazilərdə zülm və təcavüzünü artırmaqdadırlar. Yenə də ərazilər qəsb olunur, yerli əhalinin evləri sökülür, yəhudi şəhərciklər salınmaqda davam edir.” Maide.Az xəbər verir ki, bu sözləri tanınmış ruhani alim Hacı Sərdar Hacıhəsənli hər il mübarək Ramazan ayının sonuncu cümə günündə dünya müsəlmanları tərəfindən işğalçı və qəsbkar İsrail rejiminin cinayətlərinə etiraz olaraq keçirilən Qüds Günü barəsində açıqlama verərkən söyləyib. İsrail rejiminin mənfur niyyətinə çatmaq üçün heç bir cinayətdən çəkinmədəyini və önündəki hər biri maneyəni qoca, uşaq, qadın bilmədən əzib keçməkdə israrlı olduğunu söyləyən ruhani alim bildirdi ki, bir sözlə qəsbkar rejim işğalçı siyasətini arxayıncasına davam etdirir. “Dünyada özlərini millətlərə hüquq və demokratiyanın qoruyucuları kimi sırıyan hegemon dövlətlərdən rəy və razılıq almadan başqa dövlət və millətlərin ərazilərini uzun bir müddət işğal altında saxlamaq mümkünsüzdür. Əgər bu baş verirsə deməli işğalçı birbaşa onun özü yaxud himayəsində olanlardır. Bu belə olub və belə də davam edir. Hazırda ABŞ qəsbkar İsrail rejimini birbaşa himayə etmədən bu rejimin ayaqda qalması təsəvvür edilən deyil.” “Bütün baş verənləri qarşısında müsəlman ümmətinin vəzifəsi nədir”, - sualını da cavablandıran Hacı Sərdar Hachəsənli bildirdi ki, Mütəal Allahın yer kürəsində yaratdığı hər bir varlığa bəxş etdiyi ən doğal hüquq onun yaşam hüququdur: “Varlığın ən alisi hesab edilən insan yaşamalı və kimsəyə zülmi rəva görmədən yaşatmalıdır. Buna nail olmaq üçün insanları qanunailtizam üzərində kökləmək zəruridir. Belə olduqda qanunun tələbi olaraq işğal edilmiş torpaqlar həqiqi sahiblərinə qaytarılmalı, Qüds işğaldan azad edilməli, Fələstin torpaqlarının ərazi bütövlüyü təmin olunmalıdır. Yalnız bundan sonra orada tarixən yaşamış bütün insanlar bərabər hüquqlu vətəndaş kimi dinc və firəvan formada birgə yaşamalıdırlar. Təbii ki, qəsbkarlar buna getmirlər. Lakin dünya ictimaiyyəti öz insani görəvini yerinə yetirməli və işğalçı rejimi buna sürükləməlidir. Müsəlmanlara gəldikdə isə məsələ ilə bağlı daha ciddi şəkildə maraqlanmalı, insanı və islami görəvini əda etməlidir. Bu səbəbdən müsəlmanların iki əsas vəzifəsi var. 1) Dinindən və dilindən asılı olmayaraq təcavüzkarın önündə durmaq. 2) Haqlı olan müsəlman qardaşını köməksiz buraxmamaq. Yəni ədalət və qardaşlıq prinsipi. Ruhani alim onu da bildirdi ki, günümüzdə bu iki prinsipin işlək olmaması işğalçı sionist rejimi kimi dünya çapında pis bir nümunənin ərsəyə gəlməsinə gətirib çıxarır: “Bu mənada başqa qəsbkar rejimlər ondan örnək götürərək işğal terminini başqa yerlərdə sionist ssenarisi üzrə tətbiq edirlər. Hazırda sionist rejim işğal olunmuş torpaqlarda altı mərhələli bir ssenarinin icrası ilə məşğuldur. 1) Qeyri-müsəlmanlarlın himayəsini cəlb etmə 2) Əhalinin qətli və didərgin salınması 3) Ərazilərin işğalı 4) Problemlərin həllinin illərə həvalə edilməsi(yoraraq əldən salma) 5) Gələcək nəsilləri işğalla barışdırmaq 6) İşğal olunmuş əraziləri həqiqi mülkiyyətə çevirmək Bu kimi mənfur planların dünyada keçərli olduğunu düşünənlər, dünyanın başqa yerlərində də bu qəbil işğallara həvəslənirlər. Qarabağ ətrafında baş verənlər də pis örnək adlandırdığımız sionist ssenarisinin bariz nümunəsidir. Deməli dünyanın böyük işğalçı güclərinin himayəsi sayəsində bütün bunlar yaşanır. Biz isə müsəlman olaraq Allahın himayəsi və müsəlman qardaşlığı prinsipini gücləndirərək özümüzü və ərazilərimizi nicat verməkdən başqa yolumuz yoxdur. Qüds, Qarabağ və bütün işğalda olan ərazilərin azadlıq ümidi ilə..... “ Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru