Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi oldu 03 İyun 2022 15:51 Namaz məhbusu 3 iyun 2022-ci ildə Səbail rayon məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin həbsinin ev dustaqlığı və ya girovla əvəz olunması ilə bağlı vəsatətə baxılıb. Bu barədə Maide.az-a vəkil Cavad Cavadov məlumat verib. O, bildirib ki, İlkin Rzayevin sədrliyi ilə keçən məhkəmə prosesində Sərdar Babayev özü də iştirak edib. Şeyx Sərdar ona qarşı irəli sürülən ittihamları əsassız hesab etdi, özünü təqsirli bilmədi və müdafiə tərəfinin verdiyi vəsatəti də müdafiə etdi. Buna baхmayaraq məhkəmə vəsatəti təmin etməyib. Vəkil bildirib ki, bu barədə apellyasiya şikayəti veriləcək. Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənlinin ilkin həbsi ilə bağlı (2017- 2020-ci il 3 illik həbs) şikayət artıq Avropa İnsan Haqları Məhkəməsinə göndərilib və qeydə alınıb. @MaideTV Teqlər : #Şeyx,#Sərdar,#Hacıhəsənlinin,#məhkəməsi,#oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hacı Adil Əhmədov: Şeyx Sərdar saxta ittihamlarla həbs edilib, hamı bu həbsin siyasi olduğunu bilir Şeyx Sərdar Hacıhəsənlinin həbsdə saxlanma müddəti daha bir dəfə uzadıldı