Ali Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi - FOTO

Ali Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi - FOTO

 
Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei “Fəcr ongünlüyü”nün başlanması və İslam İnqilabının əzəmətli qələbəsinin qarşıdan gələn qırx üçüncü ildönümü münasibətilə bu gün səhər saatlarında İslam İnqilabının böyük qurucusunun ziyarətgahına gedərək namaz qılıb Quran oxudu; İran xalqının şanlı imamının xatirəsini əziz tutdu.
 
Ali Rəhbər habelə ali dərəcələrə yüksəlmiş şəhid Behişti, şəhid Rəcai, şəhid Bahünər, 1360-cı ilin 17 tir faciəsinin şəhidlərinin məzarlarını ziyarət edərək onlara Allah-taaladan yüksək dərəcələr dilədi.
 
Ali Rəhbər Ayətullah Xamenei daha sonra şəhidlər xiyabanını ziyarət edib İslam və İranın müdafiəçilərinin pak ruhlarına salam göndərib.
 
 
 
 

Google+ WhatsApp ok.ru