Famil Burxanoğlu POZİTİV OLUN Kİ, POZİTİVLƏ QARŞILAŞASINIZ! 07 İyun 2013 01:00 Famil Burxanoğlu Allah-Taala “ər-Rəhman” surəsinin 60-cı ayəsində belə buyurur: “Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?” Allahın yaratdığı kainatın sirləri öz elmi izahını tapdıqca, insanı daha böyük heyrət bürüyür. Bu gün bütün bəşəriyyətin problem içində olması, insanların heç cür xoşbəxtlik tapa bilməməsi və daim sıxıntı içində olması onların öz təbiətlərinin qanunlarının əksinə davranması, Yaradanın yaranmışlar üçün müəyyən etdiyi qanunları tapdalamasının nəticəsidir. Günah, fəsad və çirkinliklərin qarşısı alınmadıqca, hətta günah etməyən insan belə, ruhi və mənəvi rahatlığa nail ola ilməyəcək. Sədi “Gülüstan” əsərində yazır: Bir bədən üzvüdür bu bəni-adəm. Eyni bir cövhərdən yaranmış aləm. Bir üzvü dərdlərə salsa ruzigar, Tutmaz başqa üzvü yerində qərar. Özgənin dərdinə əgər qalmasan, Yaraşmaz adına deyilsin insan. Əslində, deyərdim, nəinki bəni-adəm, bütün kainat bir bədən üzvüdür. Qənaətimin elmi izahı da var təbii ki. Məşhur Avstriya fiziki Pauli Volfqanq kəşf etdiyi “Pauli prinsipi” adlanan yeni qanuna görə 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Enişteyn də bu qanunu bəyənmişdir. Pauli yazır: Dünyada hər şeyin özünəməxsus vibrasiyası var. Bütün elektronlar üç xüsusiyyətə malikdir: enerji səviyyəsi, fırlanma və orbit. Fiziklər elektronların kvant ədədini bu üç xüsusiyyət əsasında hesablayırlar. Pauli bildirir ki, dünyada kvant ədədi eyni olan iki elektron yoxdur. O bu fikrini belə izah dir: Bir alma götürürük. Onu təşkil edən milyardlarla elektronun arasından birini seçirik. Fərz edək ki, həmin elektorunun adını “Erik”qoyuruq. Əslində, həmin elektorunun kvant ədədi çox-çox uzundur. Ancaq məsələni sadələşdirmək üçün şərti olaraq həmin ədəd üçün 23 rəqəmini müəyyən edirik. Pauli sübut edir ki, təkcə başqa almalarda deyil, kainatın heç bir yerində, hətta qalaktikadakı planetlərdə də elə bir şey tapa bilməzsən ki, kvant ədədi 23 olan elektrona malik olsun. İndi bir dəsmal götürüb almanı sürtək. Həmin sürtünmədən enerji hasil olacaq. Hasil olmuş enerji Erikin kvant ədədini artırıb, məsələn, 26-ya çatdıracaq. Elə həmin andaca kainatın harasındasa kvant ədədi 26 olan yeganə elektron avtomatik olaraq dəyişikliyə məruz qalacaq. Beləcə, kainat öz tarazlığını qorumaq üçün tam bir dəyişikliyə məruz qalacaq. Tutaq ki, 23 rəqəmi 26 olduqda avtomatik olaraq dünyanın harasında 26 rəqəmli elektron varsa, çevrilib olacaq 28 və beləcə, dəyişiklik silsiləsi davam edəcək. Pauli ona Nobel mükafatı qazandıran bu qanununa əsaslanaraq yazır: -Əgər hər bir elektronun özünəməxsus vibrasiyası varsa, deməli, dünyadakı hər bir şeyin özünəməxsus vibrasiyası var. Nəticə: Əgər kiçik bir sürtünmə nəticəsində bir alma dəyişikliyə məruz qalırsa, deməli, mən övladımı qucaqlayıb öpdükdə, həyat yoldaşımla xoş davrandıqda və yaxud da qonşumu söydükdə, habelə əlimi qaşıdıqda kainata dəyişikliklər silsiləsinə məruz qalma göstərişi verirəm. Beynimizdən keçən hər bir fikir kainatdakı elektronların vibrasiyasına səbəb olaraq onları dəyişikliyə məruz qoyur. Qəm-qüssə məni kədərləndirirsə, deməli, mən səhvə yol verirəm. Qəm-qüssə məni ayıltmalı, daha zəkalı etməlidir. Çünki bədənimizin hər hansı hissəsi yaralandıqda, həmin hissəyə fokuslanır, onu aradan qaldırmağa çalışırıq. Qəm-qüssə də bizdə çarəsizlik yaratmamalı, ağrı-acıya təslim olmaq əvəzinə ona çarə tapmalıyıq. Çünki ağrı-acı bizim daha da ayılmağımız üçün bir fürsətdir. Son söz: Əgər sevgi göstərdiyiniz şəxsdən sevgisizlik görsəniz, ümidsizliyə qapılıb sevgi göstərməkdən əl çəkməyin. Çünki sevginizin qarşılığını başqa bir fərddən, başqa bir münasibət və mövzu kontekstində görəcəksiniz. Buna görə deyirlər ki, elm fəlsəfi təlimlərə təsdiq möhürü vurur. Filosoflar dünyadakı hər şeyin qarşılıqlı əlaqədə olduğunu hesab edirlər. Sizdən yayılan bütün enerjilər sizə qayıdacaq. Buna görə də pozitiv olun ki, pozitivlə qarşılaşasınız! Allahın da bizdən istədiyi məhz budur. Yaxşılıq görmək istəyirsənsə, yaxşı olmalısan, xoşbəxt olmaq istəyirsənsə, xoşbəxt etməlisən, yaxşı ilə qarşılaşmaq istəyirsənsə, pisin kökünü kəsib yaxşını yaymalısan. Unutma ki, sosial varlıq olduğun üçün tələblərin də sosialdır, nə olursan ol, nəyə nail olursan ol, ətrafını xoşbəxt etmədən özün xoşbəxt ola bilməzsən, ətrafını sevmədən sevgisizlik bədbəxtliyinə məruz qalacaqsan. Anla ki, nə qədər rifah içində yaşasan da, çevrən və bütün bəşəriyyət rifah içində deyilsə, rifahın nə olduğunu dada bilməyəcəksən. Elə hey ləzzət axtaracaqsan, zövq arayacaqsan, ancaq tapa bilməyəcəksən ki, bilməyəcəksən. Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru