3200 km üzərək okeanı keçəcək -VİDEO

3200 km üzərək okeanı keçəcək -VİDEO

Atlantik okeanı eninə üzərək keçmək istəyən İngiltərələri bir kişi  öz dəniz səyahətinə başlayıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər very rki,  38 yaşlı  Ben Hooper adlı  üzgüçü öz səfərini ötən gün Seneqalın Dakar limanından başlayıb.  O, Atlantik okeanında təxminən 3200 kilometr məsafəni üzərək keçəcək.  
 
Səfər təxminən 4 ay çəkəcək və mart ayında Braziliyanın Natal limanında  başa çatacaq. 
 
B.Hooper  adını Ginnesin Rekordlar Kitabına yazdıracağına ümid edir.  O, bu səfər üçün təxminən 3 il məşq edib. 
 
B.Hooper hər gün 12 saat üzəcək. Buna görə o gündəlik 12 min kalori almalıdır ki, üzmək üçün lazimi gücü olsun. 
 
Səfərdə üzgüçünü  iki yardımçı qayıq müşaiyət edir. Qayıqda  həkim, fizyotrapeft, Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndəsi var.  BU səfər zamanı  xeyriyyə müəssisələri üçün 1 milyon dollar vəsaitin yığılması nəzərdə tutulub. 
 
Qeyd edək ki, B.Hooper bundan öncə bir neçə dəfə bu səfəri həyata keçirəcəyi ilə bağlı  açıqlamalar versədə, səfər təxirə düşmüşdü. 
 
 

Google+ WhatsApp ok.ru