50 ildən sonra Yerdə nə olacaq?

50 ildən sonra Yerdə nə olacaq?

Yer kürəsindəki iqlim dəyişikliyi mövzusunda çalışan elm adamları istixana qazı tullantılarının azaldılmadığı təqdirdə, 50 ildən sonra isti havanın dünya əhalisinin üçdə biri üçün "dözülməz hala gələcək" xəbərdarlığını edib.

 
Maide.Az xəbər verir ki, ABŞ, Çin və Avropa ölkələrindən olan iqlimşünasların Milli Elmlər Akademiyasının jurnalında dərc etdiyi araşdırmaya görə, eyni həcmdə istixana qazlarının atmosferə atılmasının davam etməsi insanlar üçün fəlakətli nəticələrə səbəb ola bilər. Tədqiqata görə, istixana qazı tullantıları davam edərsə, 2070-ci ildə planetin hər bir sakini üçün havanın orta temperaturu 7,5 dərəcə artacaq.
 
Yəni, 50 il ərzində planetin proqnozlaşdırılan əhalisinin təxminən 30 faizi havanın orta temperaturunun 29 dərəcə olacağı bölgələrdə yaşayacaq. Bu isə bütün materik ərazisinin 0,8 faizini təşkil edən Sahara səhrasında yaşayış şəraitinə bərabərdir. İstixana qazı tullantıları azalmasa, 2070-ci ildə bütün materik ərazilərinin 19 faizində belə bir iqlimi olan bölgələr olacaq.
 

Google+ WhatsApp ok.ru