5G xidməti yalnız seçilmiş bir neçə telefonda fəaliyyət göstərəcək

5G xidməti yalnız seçilmiş bir neçə telefonda fəaliyyət göstərəcək

Britaniyanın altı şəhərində 5G xidməti fəaliyyətə başlayıb


Böyük Britaniyanın altı şəhərində 5G xidməti fəaliyyətə başlayıb.

London, Kardiff, Belfast, Edinburq, Birminqam və Mançester gələcək nəsil texnologiyasından faydalana biləcək ilk şəhərlərdir.

İnternetin sürətini 4G-dən bir neçə dəfə daha sürətli təklif etməsi gözlənilən 5G yalnız seçilmiş bir neçə telefonda fəaliyyət göstərəcək. Samsung, LG və HTC bu firmaların arasındadır.

İlin sonuna kimi 5G Bristol, Qlazqo, Liverpul, Nottingem, Leyster kimi bölgələrdə və 1500-dən çox iş yerində də fəaliyyətə başlayacaq. /azərtac/

Google+ WhatsApp ok.ru