Ən təhlükəli `Android` virusları hansılardır və onlardan necə qorunmaq lazımdır?

2015-ci ildə "Android" əməliyyat sistemi viruslardan böyük zərbə aldı. Bunu nəzərə alaraq, "Android" üçün təhlükəli olan virusları araşdırdıq.
 
Keçən il "Android" əməliyyat sisteminə edilən hücumların çoxu,  pul oğurlamaq üçün edildi.  İstifadəçinin şəxsi internet hesablarını kilidləyən hakerlər,  istifadəçiyə mesaj şəkilində pul qarşılığında hesabları açacaqlarını bildirdilər. Bu tip viruslar isə, "Slocker" qrupuna aid idi.  Bu qrupun viruslarda bazar payı 2.45 % olmaqla, 2-ci sırada gelməkdədir.
 
Qrupun hədəfə aldığı "Android" istifadəçilərini onların şəkillərinə,  internet hesablarına kilid qoyaraq,  PayPal kimi ödəmə məntəqələrindən 500 dollar pul istədikləri araşdırmalarda üzə çıxıb. "Slocker" haker qurupunun "Android" istifadəçilərinin cihazlarına girmək üçün icazəni isə,   "Adobe Flash Player" proqramının yalandan təkminləşdi xəbəri ilə,  cihaza daxil olduqlarını açıqlayıblar. "Dünya Texnologiya Təşkilatı" isə,  belə yalan təkliflərə istifadəçiləri inanmağa və daha diqqətli olmağa çağırıb.
 
"Android" əməliyyat sisteminin viruslarının idarəedici qrupları təbii ki,  bununla kifayətlənmir. Bu tip qruplardan bir neçəsi isə,  bunlardır:"Fakeinst", "Smssend",  "SmsPay" və "SmsKey".  Bu tip qruplar da, "Android" əməliyyat sistemindən istifadə edən istifadəçilərin müxtəlif yollarla şəxsi hesablarını ələ keçirir və istifadəçidən külli miqdarda pul tələb etməkdədirlər.
 
Ümumilikdə isə,  2015-2016-cı illərdə "Android" viruslarının 15% artdığıda rəsmi olaraq açıqlanıb.
 
Bəs Android istifadəçiləri özlərini necə müdafiə etməldirilər?
 
Ilk əvvəl proqram yükləmələrinə çalışmaq lazımdır ki,  "Google Play"dən başqa bir yerdə etməyək. Buna səbəb isə,  bir çox kənar linklər və proqram təminatçıları bu tip viruslarla zəngin olur.  Ikincisi isə, "Google Play"dən yükləmələrin də tam təhlükəsiz olmadığını nəzərə alaraq,  insanların daha çox yüklədiyi proqramları və daha çox reytinq qazanmış proqramları yükləmək məsləhət görülür. Üçüncü yol kimi isə, "Android" əməliyyat sistemi üçün anti-vitus proqramı yükləməkdir.Deyerler.org /
 

Google+ WhatsApp ok.ru