“Google” alış-veriş üçün səsli ödəniş sistemi yaratdı

“Google” şirkəti kontaktsız ödənişlər prosesini sadələşdirmək məqsədi daşıyan eksperimental “Hands Free” layihəsini təqdim edib. Yeni “Hands Free” xidməti alıcıya alış-veriş üçün ödənişi cibdən pul kisəsini və ya smartfonu çıxarmadan “Mən Google ilə ödəniş edəcəyəm” (I’ll pay with Google) ifadəsini işlətməklə həyata keçirməyə imkan verəcək.
 
"Hands Free” artıq “Android” sistemli qurğular (Jelly Bean 4.2+) və “iPhone” modelləri (4S+) üçün buraxılsa da, kontaktsız ödəniş funksiyası hələ ki, sınaq rejimində işləyir. Hazırda “səslə” yalnız San-Fransiskonun bir neçə mağaza və kafesində ödəniş etmək mümkündür.
 
“Hands Free” servisi “Android Pay” ödəniş funksiyası ilə əlaqəsi olmayan müstəqil mobil proqramdır. Yeni sistem insanın olduğu yeri “WiFi”, “Bluetooth LE”, lokasiya xidmətləri və smartfonda quraşdırılan digər ötürücülər vasitəsilə müəyyən edir.xezerxeber/
 

Google+ WhatsApp ok.ru