“F-16` qırıcı təyyarəsi xəstəni ölümdən qurtardı

Norveçdə ölüm  ayağında olan xəstə kişini  “F-16” qırıcı təyyarəsi qurtardı.
 
Maide.Az dw.com-a istinadən xəbər verir ki, belə ki, Norveçin Bordo şəhər mərkəzi xəstəxanasında  müalicə alan kişinin həyatını qurtarmaq üçün  ECMO  aparatına ehtiyac olub. 
 
Xəstəni xilas etmək üçün  Bordo şəhərinin 1200 kilometrliyində yerləşən Trondheim şəhərindən həmin aparatı gətirmək zərurəti yaranır. Həkimlər  Bordo şəhərində yerləşən hərbi bazadakı  “F-16” –ların yardımından istifadə etmək qərarına gəlir.
 
Hərbi bazanın komandirinə müraciət edirlər. Hərbi baza komandiri  Trondheim şəhərində olan F-16-lardan biri  vasitəsi ilə  xəstəni xilas etmək üçün həmin aparatı 40 dəqiqə ərzinə Bordo xəstəxanasına çatdırır və xəstə ölümdən xilas olunur.
ECMO aparatı ürək və ağ ciyər xəstəsi olan şəxsləri  oksijenlə təmin etməkdə istifadə olunur.

Google+ WhatsApp ok.ru