“WhatsApp” çoxdan gözlənilən funksiyanı istifadəyə verəcək 08 İyun 2016 01:00 Maraq dünyası “Facebook” şirkətinə məxsus “WhatsApp” proqramında tezliklə animasiyalı “GIF” şəkillərə baxmaq mümkün olacaq. Demək olar ki, bütün populyar messencerlər "GIF" formatlı şəkilləri dəstəkləyir, ancaq messencer bazarının lideri və 1 milyarddan çox insan tərəfindən istifadə edilən “WhatsApp” uzun müddət yalnız statik şəkillərə üstünlük verib. Maide.Az “ICTnews”-a istinadən yazır ki, “WhatsApp” messencerinin “iOS” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ən son beta versiyasında “GIF” formatlı şəkillərin dəstəyi aşkar edilib. Proqramda dəyişiklikləri izləyən “@WABetaInfo” adlı “Twitter” bloqunun müəllifləri yazıblar ki, messencerin “2.16.7.1” versiyası "GIF" formatlı şəkilləri avtomatik göstərir. “@WABetaInfo” Twitter” bloqu yazır ki, “GIF” faylları, həmçinin statik təsvir kimi yadda saxlamaq mümkün olacaq. Ehtimal ki, tezliklə messencerin “Android” sistemi üçün versiyası da “GIF” formatında şəkilləri göstərəcək. / Teqlər : #WhatsApp çoxdan gözlənilən funksiyanı istifadəyə verəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Twitterin siyahısına Ramadankareem heşteqi daxil olub Ürəyi olmadan 17 ay yaşayan adam - VİDEO