“Microsoft” “Windows 10” layihəsinin iflasa uğradığını etiraf etdi

“Microsoft” “Windows 10” layihəsinin iflasa uğradığını etiraf etdi

“Microsoft” korporasiyası 2018-ci ilə qədər 1 milyard cihaza “Windows 10” əməliyyat sistemi yüklənməsi hədəfinə çata bilməyəcəyini etiraf edib.
 
Maide.az “The Verge” portalına istinadən verdiyi xəbərə görə, indiyə qədər əməliyyat sistemini 350 milyon istifadəçi yükləyib.
 
Şirkətin rəsmi nümayəndəsi Yusuf Mehdi bildirib ki, “Microsoft” smartfon istehsalından vaz keçib və korporativ seqmentə üstünlük verib ki, bu səbəblə qarşıya qoyulan 1 milyard yüklənmə hədəfinə çatmaq tezliklə mümkün olmayacaq. O deyib ki, “Windows 10” yüklənmiş 1 milyard cihaz hədəfi 2018-ci ildə də yerinə yetirilməyəcək. Y. Mehdinin fikrincə, şirkət bu hədəfə nail olmalıdır, lakin bunun üçün nəzərdə tutulandan daha çox vaxt lazım gələcək. /

Google+ WhatsApp ok.ru