“Google” axtarış sisteminə dəyişiklik edəcək 18 Oktyabr 2016 01:00 Maraq dünyası Dünyanın ən böyük axtarış platforması olan “Google” şirkəti axtarış sistemində tezliklə köklü dəyişikliklər etmək niyyətindədir. Maide.Az xəbər verir ki, dəyişikliklər smartfon və planşetlərin axtarış sistemində səmərəliliyi artırmaq məqsədilə həyata keçiriləcək. Şirkətin əməkdaşı Qeri İlles deyib: “Dəyişikliyin ediləcəyi vaxt dəqiq məlum deyil. Bunun bir neçə ay sonra reallaşacağı ehtimal edilir. Bu yeniliklə gələcəkdə veb-saytların daha da yüksək səviyyədə təşkilinə və axtarış sisteminin təkmilləşməsinə nail olunacaq”. (Search Engine Land) Teqlər : #Google axtarış sisteminə dəyişiklik edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kosmosdan enerji almaq mümkün olacaq `Butulkalı ev`in sirrləri