“Yahoo!”-nun adı dəyişdiriləcək 10 Yanvar 2017 02:00 Maraq dünyası ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”-nun adı dəyişdirilərək “Altaba” adlandırılacaq. Maide.Az-ın məlumatına görə, APA “The Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək. Eyni zamanda, “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər. Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu. ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi. Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir. Teqlər : #Yahoo!nun adı dəyişdiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru WhatsApp yeni ildə böyük rekorda imza atdı 5 il sonra insanların həyatını dəyişəcək texnologiyalar bəlli olub