‘App Store’ istifadəçiləri problemlərlə üzləşiblər 18 İyul 2019 09:00 Maraq dünyası "App Store" onlayn-mağazanın işində bir neçə ölkədə problemlər yaranıb. Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı xəbər verib. Məlumata əsasən, problemlər saat 05:36-da (GMT+4) ABŞ, Yaponiya, Böyük Britaniya, Niderland, Almaniya, Fransa, Avstraliya, Braziliya, Hindistan və Rusiyada qeydə alınıb. İstifadəçilərin təxminən 75 faizi serverə qoşulmaqda, 19 faizi öz hesabına daxil olmaqda, 5 faizi isə veb-saytın işində problemlərlə üzləşiblər. Teqlər : #‘App,#Store’,#istifadəçiləri,#problemlərlə,#üzləşiblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qida sənayesində inqilab - İlk dəfə şəkərsiz şokolad icad edilib ‘İnstaqramda’da yenilik