‘Twitter’in işində nasazlıqlar yaranıb 02 Oktyabr 2019 09:03 Maraq dünyası "Twitter" sosial şəbəkəsi çərşənbə axşamı bir neçə ölkədə nasazlıqlarla işləyirdi. Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin səhifəsində bildirilib. Qeyd edək ki, ən çox Yaponiyada və ABŞ-da istifadəçilər problemlərdən şikayətlənirlər. Bundan əlavə, İngiltərədə, Almaniyada, Fransada və digər Avropa ölkələrində nasazıqlarla qarşılaşıblar. Rusiyada nasazıqlar ən çox Moskva sakinləri tərəfindən bildirilir. Xidmətə görə, əksər istifadəçilər saytın işində problemlərlə qarşılaşırlar(təxminən 62%), təxminən 27% "Apple" cihazları üçün mobil tətbiqetmələrin işindən şikayət edir, digər 9% isə hesablarına daxil ola bilmir. Teqlər : #‘Twitter’in,#işində,#nasazlıqlar,#yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəzi smartfonlarda WhatsApp işləməyəcək Vyanada ilk selfi muzeyi açılıb