‘KATV-1’ abunəçilərini internetsiz qoyub- şirkətdən AÇIQLAMA 10 İyul 2020 09:37 Maraq dünyası Son günlər internet xidməti təklif edən “KATV-1” şirkətindən kütləvi şəkildə şikayətlər edilir. Musavat.com xəbər verir ki, şirkətin abunəçiləri sosial şəbəkələrdə status yazaraq, bir neçə saatdır yenə də internetsiz qaldıqlarını qeyd edirlər. Şirkətin "qaynar xətti" edilən müraciətlərə cavab vermir. İnternet istifadəçilərinin sözlərinə görə, bu hal tez-tez təkrarlanır. Şikayətçilərin sözlərinə görə, bir neçə saatdır ki, internetsiz qalıblar. Məsələ ilə bağlı "KATV-1" şirkəti sosial şəbəkə vasitəsilə açıqlama yayaraq aşağıdakıları bildirib: "Serverlərimizdə qeyri-adi trafik artımı səbəbindən abunəçilərin internetə çıxışı ilə bağlı problemlər müşahidə olunur. Fövqəladə hadisənin nəticələrini aradan qaldırmaq üçün mütəxəssislərimiz çalışır və artıq abunəçilərin internetə girişi qismən bərpa edilib". Teqlər : #‘KATV1’,#abunəçilərini,#internetsiz,#qoyub,#şirkətdən,#AÇIQLAMA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Google şarları bağlantısız yerlərə internet ‘daşıyacaq’ Zibildən körpü tikəcəklər