ABŞ Məhkəməsi Facebooku 500 milyon dollar cərimələdi

ABŞ Məhkəməsi Facebooku 500 milyon dollar cərimələdi

FaktXəbər-in "CNN"ə istinadən verdiyi məlumata görə, Facebook sosial şəbəkəsi ABŞ-ın Dallas Məhkəməsi tərəfindən 500 milyon dollar cərimələnib. Buna səbəb sosial şəbəkənin "Zenimax" şirkətinə məxsus virtual texnologiyanı qanunsuz olaraq istifadə etməsidir.
 
2 milyard dollarlıq təzminat iddiasında Facebok-un nəzdində fəaliyyət göstərən "Oculus"un "Zenimax" şirkətininin texnologiyasını koplayalaması irəli sürülmüşdü. ABŞ-ın Dallas Məhkəsində açılan iddiadan sonra 3 həftə davam edən məhkəmə prosesinin sonunda müəllif hüquqlarını pozduğu üçün Facebook rəhbərliyinin 500 milyon dollar təzminat ödəməsi barədə hökm oxunub.
 

Google+ WhatsApp ok.ru