Alimlər süni əzələ yaradıb 21 Sentyabr 2017 01:00 Maraq dünyası Amerikalı alimlər tərəfindən yaradılmış süni əzələnin köməyilə insan öz çəkisindən 1000 dəfə ağır yük qaldıra bilər. Beləliklə, istehsalçılar gələcəkdə Terminatorun robot prototipini yarada biləcək. Maide.İnfo "ICTnews"a istinadən xəbər verir ki, süni əzələ 3D printerdə çap edilib. İstehsalçılar iddia edir ki, süni əzələ adi əzələ kimi sıxılır və genişlənir. Sınaq zamanı süni mexanizm vasitəsilə insanın öz çəkisindən min dəfə ağır yükü qaldırmaq mümkün olub. "Biz "canlı" robotların yaradılması istiqamətində son maneələrdən birinin öhdəsindən gəldik" – Kolumbiya Universitetinin professoru Xod Lipson deyib. Layihənin müəllifləri iddia edirlər ki, süni əzələ müxtəlif fəaliyyət sahələrində tətbiq edilə bilər. / Teqlər : #Alimlər süni əzələ yaradıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pilotsuz döyüş vertolyotu hazırlanıb Mətbəxinizdəki süngərlər yoluxucu xəstəliklər yayır