Apple kompüterləri məhv edən virus peyda olub

Apple kompüterləri məhv edən virus peyda olub

"Mac Os" sistemilə işləyən bütün kompüterləri məhv edən virus aşkar edilib.
 
Faktxəbər-in məlumatına görə, bu barədə "RG" portalı "Malwarebytes" mütəxəssislərinə istinadən yazıb.
 
Məlumatda bildirilir ki, hakerlər zərər çəkmiş istifadəçilərə texniki xidmətlərin saxta nömrəsinə zəng vurmağı təklif edərək, onlardan külli miqdarda pul qoparırlar. 
 
Həmçinin məlumatda qeyd edilir ki, virus tez-tez "itunes" proqramı işə salır və nəticədə bütün sistemin iflası baş verir.
 
Qeyd edək ki, bu təhlükəli virus elektron poçt vasitəsilə asanlıqla yayılır.
 

Google+ WhatsApp ok.ru