Azərbaycanda neçə nəfər gözdən əlildir? 08 Avqust 2016 01:00 Münasibət Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin ümumi sayı 24,3 min nəfərdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən verilən məlumata görə, Azərbaycanda korluğun və görmə üzrə əlilliyin profilaktikası, əhaliyə oftalmoloji yardım əsas tibbi-sosial problemlərdən biridir. Bu problemin həll edilməsində Milli oftalmologiyanın nailiyyətlərinin böyük rolu vardır. Məlumatda qeyd edilib ki, ay ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8,0 mindən artıq xəstə müraciət edir, onlardan 5 minə yaxın birincili müraciətlərdir. Masallı Regional Şöbəsinə ay ərzində orta hesabla 460-dan artıq xəstə, Gəncə Filialına isə 1000-dən artıq xəstə müraciət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı isə 92 976 nəfərdir. Qeyd edək ki, 8 avqust 2004-cü ildən Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu bayram dünya şöhrətli oftalmoloq Svyatoslav Nikolayeviç Fyodorovun anadan olduğu gün ilə bağlıdır (08.08.1927). (azvision.az) / Teqlər : #Azərbaycanda neçə nəfər gözdən əlildir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəskin istilərdə tikinti işləri dayanacaqmı? Nevroloq isti hava ilə əlaqədar epilepsiyalı xəstələrə xəbərdarlıq edib