Bəbir qız uşağına hücum etdi – VİDEO

Bəbir qız uşağına hücum etdi – VİDEO

Səudiyyə Ərəbistanın şimal-qərbində Cof bölgəsində keçirilən şənlik mərasimində bəbir qız uşağına hücum etdi. 

Maide.Az xəbər verir ki, mediada yayımlanan görüntülərdə bəbir öz təlimçisi ilə gedərkən birdən-birə qız uşağına hücum etdiyi görsənir. Qız uşağı yerə yıxılır. Uşağın qışqırıq səsini eşitmək mümkündür.   
 
Şahidlərin bildirdiyinə görə, bəbir təlimatçısı qız uşağını onun çəngindən xilas edə bilib. Qızın atası bəbir təlimatçısından şikayət edib və polis onu saxlayıb. 
 
Fars Körfəzinin ərəb ölkələrində son illərdə vəhşi heyvanları ev heyvanı kimi saxlamaq geniş hal alıb. Ötən illər ərzində bir çox belə hücumların olduğuna dair xəbərlər yayımlanıb. Cari ilin mart ayında kuveytli bir kişi Səudiyyə Ərəbistanda ev şirinin hücumuna məruz qalaraq ölmüşdü. Kuveytli kişi şirə təlim keçərkən hücuma məruz qalmışdı. 2014-cü ildədə  Kuveytdə ev xidmətçisi olan bir xanım evdə saxlanılan şirin hücumuna məruz qalaraq həlak olmuşdu. /

Google+ WhatsApp ok.ru