Bu gün Məhəmmədhüseyn Şəhriyarın xatirə günüdür 18 Sentyabr 2017 01:00 Mədəniyyət Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İranda Milli Şeir və Ədəbiyyat Günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün - hicri-şəmsi təqvimlə şəhrivər ayının 27-si (sentyabrın 17 və ya 18-i) 2002-ci ildən İran Parlamentində Milli Şeir və Ədəbiyyat Günü kimi təsdiq olunub. Maide.Az-ın məlumatına görə, bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır. Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük şairdir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. Şəhriyar özü isə 1988-ci il sentyabrın 18-də bazar günü Tehranda ürək çatışmazlığından vəfat edir. 20 sentyabrda Ərk qalasında qılınan cənazə namazından sonra vəsiyyətinə əsasən Təbrizin Surhab məhəlləsindəki Məqbərətüş-Şüarada (Şairlər Qəbirstanlığı) dəfn olunub. Şəhriyarın xatirəsinə o gün Təbrizdə heç bir mağaza açılmır və bütün xalq qara geyinir. Teqlər : #Bu gün Məhəmmədhüseyn Şəhriyarın xatirə günüdür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təbrizdə Azərbaycan dilində tamaşa səhnələşdiriləcək Tehran teatrında Azərbaycan tamaşasına böyük maraq
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək