CD dövrünə son: Rusiya alimləri genişyaddaşlı və yanmayan kart icad ediblər

İcad edilən yaddaş kartı evinizi kütləvi disk arxivindən azad etməklə yanaşı, yanğına dözümlülüyü ilə də seçilir. 
 
Maide.Az xəbər verir ki, yeni icad edilən yaddaş kartına məlumatın yazılması CD disk ilə ondan fərqlənir ki, məlumat lazerlə diskin üz qatına yox, qatlarla diskin həcimnə köçürülür. Eləcə də, məlumatlar yükləndikdə hansısa bir nöqtəyə bir dəfə yox, bir neçə dəfə (beş dəfə) yüklənir. 
 
Nəticədə, qeyd olunan məlumatların həcmi bir neçə dəfə yüksəlir. Ekspertlərin məlumatların əsasən, mövcud diskdə terabaytlarla (1 terabayt = 1024 gigabayt) məlumat saxlamaq mümkündür. 
 
Alimlər icad etdikləri yaddaş kartına "Çox pilləli yaddaş kartı" adını veriblər. Məsələn, "Çox pilləli yaddaş kart"ı ilə siz 500 film və 200 000 arxiv məlumatı saxlaya bilərsiniz.
 
Diskin bir özəlliyidə ondan ibarətdir ki, o yüksək hərarətli yanğına və möhkəm zərbəyə dözümlüdür. Eyni zamanda, disk, sahibini elektromaqnit radiasiyaya yoluxdurmur. 

Google+ WhatsApp ok.ru