Danimarkada əyilən otel tikilib – FOTO 14 Noyabr 2014 02:00 Maraq dünyası Maide.az xəbər verir ki, Danimarkanın Kopenhagen şəhərində paytaxtın ən nəhəng tikililərindən sayılan “Bella Sky” hoteli tikilib. Otelin qeyri-adi konstruksiyası əyilən qüllələrdən ibarətdir. İtaliyanın məşhur Piza qülləsi 3,97 dərəcə əyilibsə, “Bella Sky” hotelinin binasında bu rəqəm 15 dərəcə təşkil edir. Arxitektorların unikal dizayn verdiyi binanın hər mərtəbəsi bir-birindən tamamilə seçilir. Dörd ulduzlu otelin otaqları Skandinaviya ənənələrinə uyğun bəzədilib. Oteldə 814 otaq, 32 konfrans zalı, 3 restoran və əyləncə mərkəzləri fəaliyyət göstərir. Teqlər : #Danimarkada əyilən otel tikilib – FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Foto xəbər- günün fotoları Ən çox kitab oxuyan ölkələr - SİYAHI