Dondurulmuş qidalar haqqında 5 vacib məlumat

Dondurulmuş qidalar haqqında 5 vacib məlumat

İngiltərənin Qida Standatları Təşkilatı dondurulmuş qidanın ən böyük israf mənbəyi olduğunu açıqlayaraq bu barədə insanları məlumatlandırmaq kampaniyasına başlayıb.
 
Əsas 5 sual ətrafında fokuslanan təşkilat bu cavabları araşdırıb. 
 
1. Qida yalnız alındığı gün dondurula bilərmi?
Qida Standatları Təşkilatı bildirir ki, istehlaçıların 43% qidanın elə həmin gün dondurulmasını məqsədə uyğun hesab edirlər. Lakin bu məlumat yanlışdır.Qida son istifadə müddəti bitən günə qədər dondurula bilər. Bildirirlər ki, qida saxlandıqca öz dəyərini itirə bilər, lakin  bu təhlükəli deyil. 
 
2. Qida soyuducunun buz yerində çox saxlanıldıqda xarab ola bilərmi?
Yenə bildirirlər ki, istehlakçıların 38% qidanın bu şəkildə saxlanması zamanı qida xarab olur. Lakin təşkilatın araşdırmasına əsasən məlum olub ki, qidanın dadı və rəngi dəyişsə də, onun xarab olmasından qətiyyən söhbət gedə bilməz. 
 
3. Qidanın buzu açıldıqdan sonra onu saxlamaq üçün nə qədər vaxtımız var?
Bakteriyaların çoxu buzlu soyuducularda ölmürlər. Onlar az işıq və susuzluq ucbatından passif halıa keçirlər. 
 
Ona görə də qidanın buzu açılan kimi həmin bakteriyalar da fəaliyyətə başlayırlar. Ona görə də bildirilir ki, buzu açılan qidalar 24 saat ərzində yeyilməlidir. 
 
4. Dondurulmuş qidaların buzunu açmaq üçün hansı üsul daha yaxşıdır?
Bakteriyalar istidə sürətlə artdığına görə yaxşısı budur buzlu qidaların buzunun açılması tədricən olsun. Ən yaxşısı əvvəlki gündən soyuducunun aşağı gözünə qoyaraq buzunun açılmasını gözləmək daha məntiqidir. 
 
5. Bir qidanı ikinci dəfə dondurmaq təhlükəlidir?
Buzu açılmış qida sanki yenidən həyata qayıdır və xarab olmağa həmin andan başlayır. Ancaq buzu açılmış qidada bakteriyalar yenidən artmağa başladığı üçün onu yenidən dondurduqda zəhərlənmə riski artmağa başlayır. Ancaq buzu açıldıqdan sonra həmin qidadan yemək hazırlanıbsa, deməli bakteriyalar ölüb. Həmin hazır yeməyi dondurmağın bir problemi yoxdur. (islaminsesi) /

Google+ WhatsApp ok.ru