Ekspert: `Benzinin qiyməti ilə bağlı hökumətə təkliflər göndərmişəm`

"Bir neçə gün öncə hökumətə təqdim etdiyim və eləcə də martın 5-də facebook statusumda vurğuladığım təklif ölkə prezidentinin imzaladığı sərəncamla rəsmilləşdi. Mərkəzi Bankın statusu dəyişdirildi və təklif etdiyim kimi o publik hüquqi şəxsə çevrildi. Artıq, bundan sonra Mərkəzi Bank dövlət orqanı deyil. İnanmaq istərdim ki, digər təkliflərimizin də reallaşması mümkün olacaq: xüsusən də dollar ilə olan kreditlərə kompensasiya ödənilməsi mexaniziminin təsdiq edilməsi ilə bağlı".
 
Maide.az xəbər verir ki, bu fikirləri səsləndirən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, publik hüquqi şəxsin fəaliyyəti "Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanununa" əsasən tənzimlənir. Mərkəzi Bankın statusunun dəyişdirilməsi həm institutsional, həm də psixoloji baxımdan vacib idi: "Kəskin devalvasiya olan bütün ölkələrdə Mərkəzi Bankda həm institutsional, həm də kad islahatlarının aparılması vacibdir. Məsələn, Qazaxıstanda kəskin devalvasiya olduqdan sonra Mərkəzi Bank sədri vəzifəsindən azad edildi və həmin posta gənc mütəxəssis təyin edildi. Burada məqsəd Mərkəzi Banka inamı formalaşdırmaq idi. Əvvəllər də qeyd etdiyim kimi, manata inamın formalaşması Mərkəzi Banka olan etimadin artırılmasından keçir. Digər tərəfdən, ölkə Prezidentinin son sərəncamları ilə Mərkəzi Bankın əsas funksiyaları artıq yeni yaradılmış palataya transfer edildi".
 
İqtisadçı bildirib ki, benzinin qiyməti ilə bağlı təkliflərini hökumətə təqdim edib, dollar ilə götürülən kreditlərə kompensasiyanın verilməsi də oldquca vacibdir.

Google+ WhatsApp ok.ru