Facebook-da öz dilində yazdığın rəyi bu dili bilməyənlər də anlayacaq

Facebook-da öz dilində yazdığın rəyi bu dili bilməyənlər də anlayacaq

Facebook fərqli dillərdə danışan istifadəçilərin bir-birini daha asan anlaması üçün bütün paylaşım və rəylərə tərcümə özəlliyi artıracaq.

CNN-in xəbərinə görə, istifadəçilərətərcümə seçimi veriləcək. Onlar bu bölmədən istədikləri dili seçə biləcəklər.

Özəllik bu ilin əvvəlində səhifə «admin»lərinin istifadəsinə verilmişdi. Tərcümə seçimi onlara başqa dillərdə yazılan rəylərin anlamını bilmək imkanı yaradırdı.

İndi bu funksiya bütün istifadəçilər üçün sınaqdan keçirilir. Sınaq mərhələsi bitəndən sonra dünyanın müxtəlifyerlərində yaşayan 1.5 milyard sosial şəbəkə istifadəçisi bir-biriylə rahatca ünsiyyət qura biləcək. (azadliq.org)

İstifadəçilərə 45 fərqli dil seçimi veriləcək.

Google+ WhatsApp ok.ru