`Facebook` bu yolla smartfonları əvəz edəcək

`Facebook` bu yolla smartfonları əvəz edəcək

"Facebook" şirkəti kompüterlə yaradılan reallıq fonunda elementləri əks etdirən,iki ölçülü skanerlə dalğaverən ekrana patent aldı. Söhbət smart-eynəkdən gedir.
 
Maide.Az Ictinfo-ya istinadən bildirir ki, patentdə eynək gözləri günəşdən qoruyan adi eynək kimi təsvir edilib. İnteqrasiya edilmiş ekran real dünyanın üstündən videonu, təsvirləri və başqa məzmunu əks etdirir, səs isə inteqrasiya edilmiş dinamik və ya qulaqlıqlardan çıxacaq.
 
 
İdeya ondan ibarətdir ki, zənglər üçün smartfon istifadəçilərə lazım olmayacaq. İnformasiya axtarışı, ünsiyyətlər və başqa bütün məzmunlar birbaşa gözlərin qarşısında yerləşəcək. Bu layihənin necə reallaşacağı hələlik məlum deyil.
 
Qeyd etmək əhəmiyyətlidir ki, "Facebook" belə qurğuların tətbiqi üçün uzun zamana ehtiyac olmayacağını bildirib. Öz növbəsində həmçinin "Google", "Samsung", "Apple" və başqa şirkətlər də bu istiqamətdə işləyir. / 

Google+ WhatsApp ok.ru