Facebook da video axtarış dövrü

Facebook, YouTube kimi video məzmun təqdim edən nəhənglərlə mübarizə aparmaq üçün video axtarış xüsusiyyətini təqdim etdi. Beləliklə istifadəçilər Facebook a yüklənən videoları asan bir şəkildə axtaracaqlar.
 
Facebook, YouTube kimi video məzmun nəhənglərinin gerisində qalması səbəbiylə uzun bir müddətdir öz içərisində yer alan videoları önə çıxarmaq üçün səy göstərir.
 
Ancaq bu mövzudakı en böyük maneə, istifadəçilərin timeline larında yalnız dostlarının vəya izlədikləri səhifələrin paylaşdığı videoları görməsidir. Bu problemi həll etmək üçün çalışan sosial şəbəkə nəhəngi, Facebookda olan bütün videoların axtarıla bilməsini təmin edən yeni vasitəni təqdim etdi.
 
Açar söz ilə video axtarma dövrü
Ötən günlərdə Facebook üzərindən reallaşan bütün canlı yayımları görə biləcəyiniz yeni bir xüsusiyyət təqdim edən şirkət, indi də bu xidmətini videolara tətbiq edir. Facebook un mobil versiyasında olan yeni axtarış alqoritması, artıq yazdığınız açar sözləri ilə uyğunlaşan videoları da sizə göstərir.
 
Bu vəziyyətdə yeni videolar tapmaq istəyən insanları maraqlandırdığı qədər Facebook a video olaraq məzmun təmin edən istifadəçi və səhifələridə birbaşa olaraq maraqlandırır. Çünki video əlavə olunarkən yazılan etiketlər, daha sonra o videonun fərqli insanlar tərəfindən tapıla bilməsi üçün olduqca vacibdir.
 
Facebook, bu yeni axtarış seçimiylə bərabər insanların daha çox video yükləyəcəyini düşünür. Çünki əvvəllər yüklənən videolar sadəcə izləyicilər tərəfindən görünürkən artıq çox daha geniş bir kütləyə çata biləcək. technotac.net /
 

 

Google+ WhatsApp ok.ru