Facebook hər işçisinə 1 milyon dollar verəcək

Maide.az Lenta.ru-ya istinadən xəbər verir ki, Facebook sosial şəbəkəsi əməkdaşlarına yeni bonuslar ödəyəcək. Korporasiyanın Britaniya və Şimali İrlandiyada çalışan əməkdaşlarına 2018-ci ilin sonunadək 280 milyon funt-sterlinq ödənəcək.
 
Bundan əlavə, Britaniyada Facebook-un maliyyə fəaliyyəti ciddi şəkildə yoxlanılır. Şirkət vergilərdən yayınmaqda ittiham edilir.
 
Facebook-un ötən il İrlandiyada 3,74 milyard dollar funt-sterlinq gəlir əldə etdiyi, lakin cəmi 2,6 milyon funt vergi ödədiyi bəlli olub.
 
Sosial şəbəkənin Britaniya və İrlandiyada çalışan işçilərindən hər birinə orta hesabla 775 min funt mükafat ödəməklə həmin pulları vergilərdən yayındırmaq istədiyi deyilir.

Google+ WhatsApp ok.ru