Feysbuk İngiltərə çempionatının yayım hüququnu alır 05 Oktyabr 2017 01:00 Maraq dünyası Feysbuk sosial şəbəkəsi İngiltərə Premyer Liqasının teleyayım hüququnu ala bilər. “Qafqazinfo” xəbər verir ki, bunu şirkətin idman şöbəsinin müdiri Den Rid deyib. O, gələn il keçiriləcək tenderdə iştirak etmək istədiklərini bildirib. Qeyd edək ki, 2015-ci ildəki tenderdə “Sky” və “BT Sport” qalib gəlmişdi. Feysbuk növbəti tenderdə rəqiblərini üstələsə, növbəti 3 mövsümdə Premyer Liqa matçlarının inernet üzərindən yayım hüququna yiyələnəcək. Teqlər : #Feysbuk İngiltərə çempionatının yayım hüququnu alır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Google” yeni smartfonlarını təqdim etdi - FOTO Google qulaqcıqları 40 dildə danışığı başa düşüb tərcümə edəcək