GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR

GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR

Müəllif uzun illər təlim-tərbiyə fəaliyyəti və çoxsaylı ailələrlə təmasdan belə bir gerçəkliyi dərk etmişdir ki, bir çox ailə problemlərinin səbəbi ər-arvad münasibətləri ilə bağlı həqiqətlərdən məlumatsızlıqdır. Belə bir məlumatsızlıq səbəbindən bəzi zövcələr ailə həyatından lazımınca bəhrələnə bilmirlər. Onlar sırf məlumatsızlıq səbəbindən ailəni xoşbəxt edəcək böyük ilahi bir neməti əldən buraxırlar. Amma insanlara vaxtında zəruri məlumatlar verilsə, onlar öz şəri, əxlaqi və hüquqi vəzifələri ilə tanış olsalar, düzgün yola yönəldilsələr, ailəni öz inkişafları, xoşbəxtlikləri üçün münasib fəzaya çevirər və yetərincə bəhrələnərlər. Ailə münasibətlərində yanlış düşüncə tərzini, yersiz adət-ənənələrə bulaşmış etiqadları aradan qaldırmaq heç də asan iş olmur. Bu sayaq etiqadların əksəri həqiqətdən çox-çox uzaqdır və xurafat düşüncə ilə bağlı yanlış təsəvvür sayılır. İzdivacdan öncə ən zəruri işlərdən biri ailə quran tərəflərə düzgün ailə münasibətləri qaydalarının öyrədilməsidir.
 
"Ata-analara göstərişlər" adlı ikicildli məcmuənin nəşri gözlənildiyindən qat-qat artıq reaksiya doğurdu. Məcmuə körpələrin və yeniyetmələrin tərbiyəsinə həsr olunmuşdu. Bu məcmuə ilə diqqətlə tanış olanların təşviqi müəllifi məcbur etdi ki, adı çəkilən məcmuəni əlinizdəki kitab halında tərtib etsin. Hazırkı kitabda müəllif səy göstərmişdir ki, İslam təlimlərinə və bu sahədəki şəxsi təcrübələrinə istinad edərək ailə həyatı ilə bağlı baxışını bildirsin. Zəruri mövzular imkan həddində sadə dillə, elmi terminlərsiz qələmə alınmışdır ki, bütün xalq ondan istifadə edə bilsin. Əlbəttə ki, müəllif möhtərəm oxucuların, xüsusi ilə mütəxəssislərin məsləhətlərini kitabın təkmilində nəzərə alacaqdır.

Google+ WhatsApp