Gəncə və Naxçıvan arasında uçuşların hərəkət istiqaməti dəyişdirilə bilər

Gəncə və Naxçıvan arasında uçuşların hərəkət istiqaməti dəyişdirilə bilər

Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri arasında uçuşların İran və Türkiyə üzərindən yerinə yetirilməsi uçuş müddətinin təxminən 2 dəfə artması və əlavə maliyyə xərcləri ilə nəticələnir.
 
“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
 
"Son zamanlar regionda yaranmış vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılması nəzərdə tutulur”, - sənəddə qeyd olunur.
 

Google+ WhatsApp ok.ru