Galaxy S7 edge və iPhone 6s Plus sürət testində (VİDEO)

Baş-başa sürət testlərinin təcrubəli saytlarından olan PhoneBuff saytı bu dəfə Samsungun ən yaxşı ağıllı telefonu olan Galaxy S7 edge və meyar testi rekordçularından olan iPhone 6s Plus modelləri qarşılaşdılar.
 
Sürət testində əvvəlcə 1.84 GHz frekans sürətində işləyən 2 nüvəli A9 processorundan güc alan iPhone 6s Plus-ın qarşısında 8 nüvəli Exynos processorlu Galaxy S7 edge nin olduğunu qeyd edək.
 
Exynos 8890 processorunda Samsung tərəfindən xüsusi olaraq hazırlanan Mongoose bazalı 4 ədəd nüvə 2.34 GHz frekans sürətində sürətinə çatan, sadə proseslər üçün əməliyyat aparan və batareya təsərrüfatına diqqət yetirən 4 ədəd Cortex-A53 processoru isə 1.6 GHz frekans sürətinə çata bilir. Galaxy S7 edge-nin GPU-sunda 12 nüvəli Mali-T880 MP12 yer alır.
 
6 nüvəli PowerVR GT7600 GPU-suna sahib iPhone 6s Plus 2 GB RAM sahibdir. Galaxy S7 edge-də isə 4 GB RAM mövcuddur. Sürət testində kimin qalib olduğunu aşağıdakı videodan izləyə bilərsiniz.

Google+ WhatsApp ok.ru