Günəş enerjisi ilə işləyən avtomobil yarışında Hollandiya birinci olub 16 Oktyabr 2017 01:00 Maraq dünyası Avtomobil 3000 kilometr məsafəni 37 saat, 10 dəqiqəyə gedib Hollandiyadan olan “Nuon” komandasının avtomobili günəş enerjisi ilə idarə olunun avtomobil yarışında finiş xəttini birinci keçib. Maide.Az xəbər verir ki, müxtəlif ölkələrdən komandalar yalnız günəş enerjisi ilə idarə olunan avtomobillərdə 3000 kilometr məsafəlik yarışda iştirak edib. Hollandiyanın “Nuon” avtomobili 3000 kilometr məsasfəni 37 saat, 10 dəqiqə, 21 saniyyəyə bitirib. Avtomobil orta hesabla saatda 88 kilometr sürətlə hərəkət edib. İkinci yeri Miçiqan universitetinin komandası, üçüncü yeri isə Belçikanın Punch Powertrain komandası qazanıb. Avstraliyanın şimal sahilində yarışan avtomobillər hər gün səhər saat 8-dən axşam 5-dək yarışıblar. Teqlər : #Günəş enerjisi ilə işləyən avtomobil yarışında Hollandiya birinci olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı metrosunun ilk qatarı niyə qəzaya uğramışdı... - MARAQLI Niyə çox pul xərcləmək istəyirik?