Günün hədisi: Cümə axşamının fəziləti

Günün hədisi: Cümə axşamının fəziləti

Maide.Az günün hədisini təqdim edir :
 
İmam Baqir (ə):
 
اِنَّ اللّه َ تَعالى لَیُنادى کُلَّ لَیْلَةِ جُمُعَةٍ مِنْ فَوْقِ عَرْشِهِ مِنْ اَوَّلِ اللَّیلِ اِلى آخِرِهِ: اَلا عَبْدٌ مُؤمِنٌ یَدْعونى لاِخِرَتِهِ وَ دُنْیاهُ قَبْلَ طُلوعِ الْفَجْرِ لاُجیبَهُ ؟ اَلا عَبْدٌ مُؤمِنٌ یَتوبُ اِلَىَّ مِنْ ذُنوبِهِ قَبْلَ طُلوعِ الفَجرِ فَاَتوبَ عَلَیْهِ؟ اَلا عَبدٌ مُؤمِنٌ قَد قَـتَّرتُ عَلَیهِ رِزقَهُ فَيَسْأَلُنِي الزِّیادَةَ فى رِزقِهِ قَبلَ طُلوعِ الفَجرِ فَاَزیدَهُ وَ اُوَسِّعَ عَلَیهِ؟ اَلا عَبدٌ مُؤمِنٌ سَقیمٌ يَسْأَلُنِي اَن اَشفیَهُ قَبلَ طُلوعِ الفَجرِ فاُعافیَهُ؟ اَلا عَبدٌ مُؤمِنٌ مَحبوسٌ مَغمومٌ یَساَلُنى اَن اُطلِقَهُ مِن حَبسِهِ وَ اُخَلِّىَ سَربَهُ؟ اَلا عَبْدٌ مُؤمِنٌ مَظلومٌ يَسْأَلُنِي اَن آخُذَ لَهُ بِظُلامَتِهِ قَبلَ طُلوعِ الفَجرِ فَاَ نْتَصِرَ لَهُ وَ آخُذَ لَهُ بِظُلامَتِهِ؟ قالَ علیه السلام : فَلا یَزالُ یُنادى بِهذا حَتّى یَطلُعَ الفَجرُ.
 
“Allah-Taala hər cümə axşamı ərşin fövqündən gecənin əvvəlindən sonunadək belə nida edər: “Sübh açılmamışdan qabaq bir mömin bəndə Məni çağıracaqmı ki, dünya və axirəti üçün duasını yerinə yetirim?
 
Sübh açılmamışdan qabaq bir mömin bəndə günahdan tövbə edəcəkmi ki, onun tövbəsini qəbul edim? Sübh açılmamışdan qabaq bir mömin bəndə ruzi istəyəcəkmi ki, onun ruzisini artırım və genişləndirim?
 
Sübh açılmamışdan qabaq bir xəstə mömin istəyəcəkmi ki, ona şəfa verim?
 
Görəsən bir məhbus mömin sübh açılmamışdan qabaq dua edəcəkmi ki, onu həbsdən qurtarım?
 
Görəsən zülmə məruz qalmış bir mömin sübh açılmamışdan qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam alıb, ona yardım edim və haqqını qaytarım?”
 
İmam Baqir (ə) sözünə belə davam edir: “Bəli, bu nida sübh açılanadək davam edər.”
 
“Təhzibul-əhkam”, c.3, səh.5.
 
 

Google+ WhatsApp ok.ru