HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 6 24 Mart 2018 02:00 Rəcəb -- Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə mindi Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə mindi: «عَنْ أَبِي الْحَسَنِ (ع) قَالَ إِنَّ نُوحاً (ع) رَكِبَ السَّفِينَةَ أَوَّلَ يَوْمٍ مِنْ رَجَبٍ فَأَمَرَ مَنْ مَعَهُ أَنْ يَصُومُوا ذَلِكَ الْيَوْمَ وَ قَالَ مَنْ صَامَ ذَلِكَ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ فُتِحَتْ لَهُ الْجِنَانُ الثَّمَانِيَةُ وَ مَنْ صَامَ خَمْسَةَ عَشَرَ يَوْماً أُعْطِيَ مَسْأَلَتَهُ وَ مَنْ زَادَ زَادَهُ اللَّهُ»؛ İmam Sadiq (ə) və imam Kazimdən (ə) belə nəql olunur: “Nuh (ə) Rəcəb ayının 1-ci günü gəmiyə mindi və onunla yola çıxanlara əmr etdi ki, həmin günü oruc tutsunlar.” Dua və istəklərin qəbul olunan günü: Sonra imam Kazim (ə) buyurur: “Hər kəs bu gündə oruc tutarsa, cəhənnəm odu ondan bir illik fasilə ilə uzaqlaşacaqdır. Hər kəs bu ayda yeddi gün oruc tutarsa, yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır. Hər kəs səkkiz gün oruc tutarsa, səkkiz cənnətin qapısı onun üzünə açılacaqdır. Hər kəs 15 gün oruc tutarsa, dua və istəkləri qəbul olunacaqdır. Hər kəs oruc tutduğu günlərin sayın artırarsa, Allah-Taala da savabın miqdarını artıracaqdır.” (“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir) Teqlər : #HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 6, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəcəb ayında gündəlik oxunan dualardan - 1 - VİDEO Tövsiyə edilən zikr və dualar