Hansı ölkələrdə nə etməməlisiniz?

Hansı ölkələrdə nə etməməlisiniz?

"The İndependent" qəzeti turistlər üçün "nəyi hansı ölkədə etməməli" tipli tövsiyə məqalə dərc edib.
 
Səyahətinizin rahat və ən başlıcası xatasız və problemsiz keçməsini istəyirsinizsə, bu məsləhətlərə əməl etməkdə böyük fayda var.
 
Sinqapur, həm də Çin və Cənubi Koreyada
Taksi saxlamaq üçün ovcunuzu yuxarı qaldırmayın. Bu taksi sürücüləri bunu kobudluq kimi qəbul edirlər. Əvəzində qolunuzu əsgərsayağı çiyninizin səviyyəsində irəli uzadıb əlinizi yüngülcə aşağı-yuxarı hərəkət etdirin. Bu zaman ovcunuz içi aşağıda olmaldır. Özünüz də görəcəksiniz ki, belə edəndə taksilər yanınızdan şütüyüb ötmür.
 
Taylandda milli pula hörmətsizlik etməyin
Əgər Taylandda olarkən "bat" əskinası əlinizdən düşsə külək aparmasın deyə ayağınızın onun üstünə basmağa tələsməyin. Belə etsəniz, ətrafınızdakıların hiddəti ilə qarşılaşacaqsınız. Hələ üstünüzə qışqıra da bilərlər. Qanuna qalanda da monarxiyaya hörmətsizlik Taylandda cinayət əməli sayılır. Əskinasın üstündə isə əlahəzrətin portreti var.
 
Qısası qanun pozuntusudur bu.
 
Cənubi Afrikada
Səkidə bir-biri ilə qiybət qıran iki adamın arasından keçməyin. Bunun üçün hətta maşınların hərəkət etdiyi yola çıxmaq lazım gəlirsə, yaxşısı budur, ehtiyatla belə edin. CAR-da iki adamın arasındakı məsafə onların "toxunulmaz" ərazisidir.
 
Avstraliyada taksidə
Sidneydə taksiyə minirsinizsə tələsik özünüzü arxa oturacağa basıb yayxanmayın. Bu, günahların heç də ən böyüyü deyil, amma sizin haqqınızda mütləq düşünəcəklər ki, yekəxanasınız. Mötəbər avstraliyayılar taksidə sürücünün yanında otururlar. Hərçənd sürücünün dinlədiyi radio bir xeyli zəhlənizi tökəcək.
 
ABŞ və Yaponiyada çaypulu
ABŞ restoranlarında ofisiantın cibinə çaypulu basmayın. Bilin ki, qaçıb küçədə də olsa, pulunuzu qaytaracaq. Ya da soruşacaq ki, probelminiz nədir? Yaponiyada isə ofisianta əlavə pul vermək birbaşa təhqir asayılır.
 
Cənub-Şərqi Asiyada
Lap balaca uşaq olsa belə buddust ölkələrdə başını sığallamayın. Bu ölkələrdə baş bədənin ən müqəddəs yeri sayılır. Əvəzində bədəninin ən hörmətsiz yeri ayaqlardır. Evə və ya məbədə daxil olanda ayaqqabılarınızı çıxarın. Oturarkən ayağınızın ucunu heç kimə tuşlamayın.
 
Rusiyada gülmək
Rusiyada tanımadığınız adamın üzünə gülümsəməklə onu təhqir etməyəcəksiniz, amma qarşınızdakı sizin başdan xarab olduğunuzu düşünə bilər. Ruslar yalnız dostları ilə gülüb-danışırlar. Onlar belə lütfkarlığı yadlara, ələlxüsus da böyük şəhərlərdə göstərmirlər. Yox, yəni bu o demək deyildir ki, sizdən xoşları gəlmir. Sadəcə, xasiyyətləri belədir.
 
Çində çubuq məsələsi
Bu çubuqla yemək məsələsi qeyri-çinlilər üçün qəliz məsələdir, lakin çubuqla bağlı yeganə problem deyil. Çubuqları heç vaxt qabın içində dik qoymayın. Bunu çinlilər ölülərə ehsan vaxtı edirlər. Bu Yaponiyaya da aiddir. Yemək çubuğunuzu sormayın və ya qabın kənarlarına taqqıldatmayın. Bu, yemək üçün dilənmək əlamətidir.
 
Solaxayların nəzərinə
Dünyanın bir çox yerlərində sol əl natəmiz sayılır, çünki sol əl "murdarlıqları" təmizləyir. Odur ki, solaxaysınızsa, Hindistan, Nepal, Yaxın Şərq kimi yerlərdə ən yaxşı yol özünüzü "ambidekstrikliyə" vurmağınızdır. Hər iki əli fəal olanlara elmi dildə belə deyirlər. Sol əllə yemək, nəyisə verib-almaq dünyanın bir çox mədəniyyətlərində ədəbsizlik hesab olunur.(bbc)
 

Google+ WhatsApp ok.ru