Çində “ağıllı” vintaçan təqdim olundu 13 Avqust 2016 01:00 Maraq dünyası Çinin “Xiaomi” şirkəti daha bir “ağıllı” cihaz – elektrik vintaçan təqdim edib. “UberGizmo” nəşrinə istinadən verilən məlumata görə, “Wowstick” adlanan avadanlıq komplektdə 6 başlığı olan adi qələmi xatırladır. Bundan başqa, daha geniş formada – 18 başlıqlı komplekt seçimi də mövcuddur. Vintaçanın daxilində akkumulyator quraşdırılıb. Nəşrin məlumatına görə, yeniliyin qiyməti 30 dollar olacaq. Xatırladaq ki, bir müddət öncə “Xiaomi” şirkəti “MiVR” smartfonu üçün virtual reallıq dəbilqəsini təqdim etmişdi. (lent.az) / Teqlər : #Çində ağıllı vintaçan təqdim olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çində təkərsiz qatar istifadəyə verilib Çində dağ uçqunu tunelin girişini belə bağladı -VİDEO