`Instagram` virus yayır 21 Fevral 2019 14:48 Maraq dünyası "Doktor Veb" antivirus proqram təminatı istehsalçısı "Instagram" xidmətinin köməyi ilə "Android" üçün troyan viruslarının yayılması haqqında məlumat verib. Söhbət zəhlətökən reklamın göstərilməsi üçün nəzərdə tutulmuş "Android.HiddenAds" zərərli proqramlar sinfindən gedir. Virus daima başqa proqramların pəncərəsini və sistem interfeysini gizlədən banner və video elanlardan ibarət pəncərələr göstərir və qurğunun işləməsinə mane olur. 2019-cu il fevralın əvvəlindən belə zərərli proqramların təxminən 40 yeni modifikasiyası aşkar edilib və təxminən 10 milyon istifadəçi onları yükləyib. Fırıldaqçılar bu troyanlardan bəzilərini "Instagram" və "YouTube" vasitəsilə yayırlar. Ekspertlər xəbərdarlıq edirlər ki çoxmilyonlu auditoriyası olan populyar sosial şəbəkə və internet xidmətlərində reklam nəticəsində təhlükəli proqramları quraşdıra bilən potensial qurbanların sayı xeyli artır. Teqlər : #`Instagram`,#virus,#yayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amputasiya edilmiş ayaqları ilə 70 yaşında Everestə çıxan ilk alpinist 38 ildən sonra dünyanın ən iri arısı tapıldı